Biz təklif edirik
Müasir mühəndislik və dizayn prinsiplərinə əsaslanan, şəhər həyatının səs-küyündən uzaq, rahat bir yaşayış sahəsi təklif edirik. Bahar Residence sakinlərinə sərbəst planlaşdırma imkanı, yüksək keyfiyyətli tikinti materialları və inkişaf etmiş infrastruktur təqdim edir. Həyatınızı daha komfortlu və balanslı yaşamaq üçün nəzərdə tutulmuş geniş sosial imkanlarla zənginləşdirilmişdir. Bizimlə, şəhərin mərkəzində təmiz hava, təhlükəsizlik və rahatlıq dolu bir yaşam təcrübəsi əldə edəcəksiniz.

Mənzillərin Satışı
Bahar Residence-də satışa təqdim etdiyimiz mənzillər müasir dizayn və yüksək keyfiyyətli tikinti materialları ilə inşa edilmişdir. Müxtəlif ölçü və planlaşdırma imkanları ilə hər bir ailənin ehtiyaclarına uyğun yaşayış sahələri mövcuddur. Şəhərin mərkəzində yerləşən kompleksimiz sizə həm komfortlu, həm də təhlükəsiz bir həyat təklif edir. Bizdən mənzil alaraq, həyatınızı daha dəyərli və balanslı yaşamaq üçün mükəmməl bir fürsət əldə edəcəksiniz.
Satış ofisinin ünvanı: Zərifə Əliyeva 93-97, BEGOC biznes mərkəzinin binası.
Bu layihənin ən önəmli üstünlüyü – sakinlərin rahat, sağlam və güvənli həyat şəraitinin yaradılmasına yönəlmiş xüsusi yanaşmadır. Bahar Residence yalnız yaşayış məkanı deyil, eyni zamanda harmonik və yüksək həyat keyfiyyəti təklif edən urban sığınacaqdır.
İsitmə sistemi: Mərkəzi qazanxana vasitəsi ilə təmin ediləcək.
Soyutma sistemi: Hər mərtəbədə kondisioner aqreqatları üçün xüsusi texniki zonalar ayrılıb, sakinlər tərəfindən fərdi şəkildə quraşdırılacaq.
Fasad və pəncərələrdə istifadə olunacaq şüşə paketlər Reiners markasına məxsusdur – yüksək izolyasiya və keyfiyyət göstəriciləri ilə seçilir.
Layihədə KONE brendinə məxsus, beynəlxalq standartlara cavab verən səssiz və sürətli liftlər quraşdırılacaq.
Bəli, binaaltı 1-ci mərtəbədə, 624 yerlik avtodayanacaq nəzərdə tutulub
Şəhərcik ərazisi 24/7 təhlükəsizlik xidməti və müşahidə kameraları ilə tam qorunacaq – sakinlərin rahatlığı və təhlükəsizliyi əsas prioritetlərdəndir.
Mənzillər “boz qutu” standartında – yəni ilkin hazır vəziyyətdə, təmirsiz şəkildə təhvil veriləcək.
Bəli, Bahar Residence mənzilləri yüksək səviyyədə səs izolyasiyası ilə təchiz olunub. Bu, sakinlərin qonşu mənzillərdən gələn səs-küydən uzaq, sakit bir mühitdə yaşamasını təmin edir.
Bahar Residence-də idman zalı, roof-top bağı və uşaq oyun meydançası kimi ictimai məkanlar var. Bu məkanlar sakinlərə sosiallaşma və əyləncə imkanları yaradır.