Unikal ev: Evinizi Şəxsi Toxunuşlarla Bəzəmək

Ana səhifəXəbərlər Unikal ev: Evinizi Şəxsi Toxunuşlarla Bəzəmək

Bir evi  evinizə çevirmək, öz fərdiliyinizi yaşadığınız məkana yansıtmaq qeyri-adi və həyəcanverici prossesdir. Evinizi fərdiləşdirmək, yalnız estetik cəhətdən cazibədar deyil, həm də özünüzü evinizə aid hiss etməyinizə səbəb olacaqdır. Nəticədə, ev bir duyğudur. Bunun bir başqasının deyil, məhz sizə aid olması üçün  kimliyinizin fərqli yönlərini yaşadığınız yerə yansıdaraq edə bilərsiniz. Bunu etməyin bəzi üsullarını sizə təqdim edirik.

Özəl  Dekoru elementləri

Sizin üçün məna və dəyər kəsb edən əşyaları sərgiləməklə başlayın. Bu, ailə fotoşəkilləri, səyahət xatirələri və ya sevdikləriniz tərəfindən yaradılan sənət əsərləri ola bilər. Dekorativ elementlərin funskiyasının sadəcə bəzək olmadığını və sizin hekayənizi anlatmaq üçün bir vasitə olduğuna inanırıq.

Üslubları Qarışdırın

Fərqli dizayn stillərini birləşdirməkdən çəkinməyin. Müasir parçaları köhnə tapıntılarla birləşdirmək, unikal zövqünüzü əks etdirən eklektik bir görünüş yarada bilər. Tekstura, rəng və naxışların bir araya gəlməsi evinizə dərinlik və fərqlilik  əlavə edə bilər.

DİY Layihələri

Evinizi fərdiləşdirmək üçün DIY layihələrini nəzərdən keçirin. Öz sənətinizi yaratmaq, köhnə mebel əşyalarını yeniləmək və ya hətta unikal aksesuarlar hazırlamaq özəllik hissi yaradacaqdır.

Həyat tərzi və maraqlarınız

Dəbi,trendləri unudun. Evinizin trendsetteri sizsiniz. Bu o deməkdir ki, sizi maraqlandıran istər sənət, istər musiqi, istər hər hansı başqa bir fəaliyyət növü olsun ona evinizdə yer verərək evinizi bir az da unikallaşdıra bilərsiniz. Dizayn zamanı şablonların əvəzinə öz həyat tərzinizə və maraqlarınıza diqqət yetirin. Bu sizin yaratmaq istədiyiniz interyerdə qərarların verilməsi üçün başlanğıc nöqtənizdir. Məsələn, meditasiya etməyi və yaxud rəsm çəkməyi sevirsinizsə, bunun üçün özəl bir yer yaratmaq haqqında düşünün. Sizin üçün rahatlıq yaratmaqla yanaşı, bu, evinizi daha qeyri-adi edəcəkdir.

Mövsümi Yeniliklər

Son olaraq, mövsümi dəyişikliklərdən çəkinməyin. Dekor, yastıq və ya hətta sənət əsərlərini dəyişdirmək, evinizə daim yenilik hissi qatacaq və sizə xoş təəssürat bağışlayacaq.

 

Back to top