İnteryerde DƏB: Dizayn Trendləri
Son dövrlərdə interyer dizayn sahəsi gözəçarpan dərəcədə dəyişib. Bəzi klassik dizayn elementləri geridönüş edir, innovativ materiallar və yanaşmalar ilə təkmilləşir. Bir çoxumuz artıq sadəcə geyimlərimizi deyil, evlərimizi də estetik trendlərə uyğun tərtib edirik. Önümüzə gələn ildə interyer dizaynında ön planda olacaq bir neçə müasir trendi sizi ilhamlandırması üçün təqdim edirik.
Qoz Ağacı
Bir müddətdir ki, Skandinaviya tərzi ilə dəbdə olan açıq ağac tonlarını qoz ağacı əvəz etməyə başlayır. Onun zəngin, isti tonu və davamlılığı dizaynerlərin sevimlisi halına gəlib. Qoz ağacından hazırlanan mebel və aksessuarlar, evlərimizə lüks və bir az da mistik hava qatır.Bu ağacın teksturası, istər qonaq otağında, istər mətbəxdə gözə çarpır.
Torpaq çalarları
Torpaq rənglərinin aktuallığı önümüzdəki ildə davam edəcək. Bej, zeytun yaşılı, qəhvəyi kimi tonlar, evlərimizi daha sakit və rahat bir mühitə çevirir. Bu rəng palitrası, təbiətə bağlı bir atmosfer yaratmağı hədəfləyir və dizaynda populyar olar biofilik trendin bir parçasıdır.
Yuvarlaq Mebellər
Yuvarlaq mebellər, daha yumuşaq, axıcı xətləri ilə hər yerdədilər! Bu mebel növü, evlərimizdə dinamik bir atmosfer yaradır. Yumuşaq küncləri və gözoxşayan dizaynı ilə yanaşı bu mebellər həm də funksionallığı ilə seçilir.
İri Aksentlər
Chunky (iri) aksentlər də hər hansı bir məkanı dəbli edəcəkdir. Təbii materiallardan hazırlanmış iri yastıqlar, sərt xətləri olan masalar interyerə cəlbedicilik hissi qatır. Lakin bu materialların istifadəsində ehtiyatlı olmaq çox vacibdir.
Gələcək Retro Mebelləri
Son zamanlarda “gələcək retro” mebel trendləri populyarlıq qazanıb. Bu üslub, 70-ci və 80-ci illərdə aktual olan mebellərin dizaynerlər tərəfindən yenidən dəyərləndirməsi və müasir dizayn elementləri ilə günümüzə uyğunlaşdırmasınən nəticəsidir. Yuvarlaq xətləri olan oturacaq və masa dəstləri, retro hissini günümüzə daşıyır. Bu cür mebellərin istifadəsi evlərimizdə özünəməxsus və unikal bir atmosfer yaratmağın qısa yoludur.
Biofilik Dizayn
Son olaraq,biofilik dizaynı unutmamalıyıq. Təbiətlə əlaqəni gücləndirmək üçün bitkilərin evlərimizdə yer alması, müasir dizaynın ayrılmaz bir hissəsidir. Bu trend müasir şəhər insanın təbiətə duyduğu ehtiyacdan doğur. Yaşıllığın stress səviyyəsini azaltdığı artıq elmi olaraq sübüt edilmişdir.Bu trendin davamlı olacağını düşünürük.
Trendlər gəldi-gedərdi, lakin onlar bizim üçün ideya mənbəyi ola bilərlər. Evimiz bizi hər mənada rahat hiss etdirəcək və fərdiliyimizi ifadə elə biləcəyimiz bir məkandır. Trendlər isə bu dönəmdə bizə istiqamət verə bilər. Unutmayın ki, eviniz hər nə qədər sizin unikal üslubunuzu əks etdirsə, bir o qədər maraqlı olacaqdır.