“15 dəqiqəlik şəhər” konsepti nədir?
Heç düşünmüsünüz ki, hər gün işə getmək, övladınızı məktəbə aparmaq, idman zalına getmək və ya dostlarınızla görüşüb bir fincan qəhvə içmək üçün neçə dəqiqə sərf edirsiniz?
Araşdırmalar göstərir ki, hətta pandemiyadan sonra bir çoxları tərəfindən hibrid iş rejiminə keçilməsinə baxmayaraq, günümüz insanı orta hesabla gününün ən azı 59 dəqiqəsini sadəcə işə gedib-gəlməklə keçirir. Bəs, elə bir reallıq mümkündür ki, yaşadığınız şəhərdəki bütün bu ehtiyaclarınız – iş, təhsil, istirahət, alış-veriş, səhiyyə – cəmi 15 dəqiqəlik məsafədə yerləşsin? Bu, “15 dəqiqəlik şəhər” (15-minute city) konseptinin əsasını təşkil edir.
Konsepsiyanın müəllifi, fransız urbanist Karlos Moreno hesab edir ki, şəhər məkanları insanlara vaxt qazandırmalı, sosial əlaqələri gücləndirməli və dayanıqlı həyat tərzini təşviq etməlidir. Parisdən Kopenhagendək bir çox şəhərlər bu yanaşmanı tətbiq etməyə başlayıb və nəticələr olduqca ümidvericidir. Parisdə 2022-ci ildə aparılan bir araşdırmaya görə, 15 dəqiqəlik şəhər zonalarında yaşayan insanlar gündə orta hesabla 1.5 saat daha çox sərbəst vaxta sahibdir.
Bəs bu konsept Azərbaycanda necə tətbiq oluna bilər? Bahar Residence bu konseptə cavab verən nadir layihələrdəndir. Gənclik metrosuna cəmi 3 dəqiqəlik məsafədə yerləşən kompleks, yaxınlığındakı yeni salınmış park, ticarət mərkəzləri, restoranlar, idman və istirahət zonaları ilə sakinlərinə şəhərin mərkəzində, lakin təbiətə yaxın bir həyat vəd edir. Üstəlik, kompleksin daxilində co-working sahələri, yoga patiosu, kinoteatr və spa zonaları kimi imkanlar, “evdən uzaq olmayan həyat” ideyasını reallığa çevirir. Daha ağıllı, dayanıqlı və insan mərkəzli şəhərlər yaratmaq üçün “15 dəqiqəlik şəhər” konsepti yalnız bir ideya deyil – bu, yaşamaq istəyəcəyimiz gələcəyin real planıdır. Bahar Residence isə bu gələcəyi şəhərin mərkəzində, bu gündən təqdim edir.